Erməni politoloq: “Hazırda bütün danışıqlar inteqrasiya və ya reinteqrasiya üzərində gedir”

 
26-07-2023, 13:48            65 dəfə baxılıb
Vaşinqton, Moskva, Brüssel platformalarında Ermənistan tərəfi üçün ağrılı, “Dağlıq Qarabağın” (separatçı, oyuncaq rejimin-red.) hər hansı subyektivliyini şübhə altına alan ifadələr yer alıb”.
'yal'tmedia/az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants Telegram kanalında yazıb.

“Əslində, bunlar Bakının inteqrasiyası və ya reinteqrasiya gündəliyi ilə bağlı gedən danışıqlardır. Qərb və Rusiya platformaları arasında fərq ondadır ki, Moskva “Dağlıq Qarabağ” (qondarma-red.) üçün ən azı Rusiyanın sülhməramlı missiyasının mövcudluğuna imkan verəcək post-konflikt konfiqurasiyasını təklif edir. Qərbin təklif etdiyi “beynəlxalq zəmanətlər” isə hər hansı məzmun və mexanizmlərdən məhrumdur.
Beləliklə biz (ermənilər-red.) pis və ən pis ssenari arasında çətin seçim qarşısındayıq”, - deyə o bildirib.





Xəbəri paylaş


 
 


Xəbər lenti