“NATO görüşü Finlandiya və İsveç danışıqları üçün son tarix deyil”

 
21-06-2022, 12:00            78 dəfə baxılıb
“Finlandiya və İsveç arasında gələn həftə Madriddə keçiriləcək ittifaq görüşü son tarix deyil”.Əyalətmedia.az “Əl Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
O, Finlandiya və İsveç arasında Şimali Avropa ölkələrinin NATO-ya üzv olmaq üçün müraciəti ilə bağlı müzakirələrin davam edəcəyini sözlərinə əlavə edib.
NATO-nun baş katibi Yens Stolenberq isə Türkiyə, İsveç və Finlandiya arasındakı danışıqların konstruktiv olduğunu açıqlayıb.
Qeyd edək ki, Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət edib, lakin bu təklif Türkiyə hökuməti tərəfindən dəstəklənməyib.



Xəbəri paylaş


 
 


Xəbər lenti