Ermənilərin növbəti gedişi – Azərbaycanın səbri tükənir
8-08-2023, 12:34 113 dəfə baxılıb
Ermənistan qeyri-konstruktiv mövqe tutmaqla beynəlxalq ictimaiyyətin diqqətini yayındırır. “Humanitar böhran” adı ilə səs- küy salan ermənilər məsələni beynəlxalq platformalara daşımağa çalışırlar. Bəzən buna nail olan ermənilərin mövqeyini isə yalnız özlərinə yaxın olan qüvvələr müdafiə edir. Otuz il Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana gözün üstündə qaşın var deməyən beynəlxalq güclər indi Azərbaycanın öz suveren ərazilərində sərhəd-keçid məntəqəsi yaratmağa ağız əyir. 35 ildir Naxçıvanı blokadada saxlayan Ermənistana bir kəlmə söz deməyən həmin təşkilatlar indi humanizm idealarından danışır və Azərbaycanı ittiham edir.
BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığındakı dinləmələrdə bəzi ermənipərəst qüvvələr Azərbaycan əleyhinə çıxışlar ediblər. Onlar 10 noyabr 2020-ci il üçtərəfli bəyanatda Laçın yolunun statusundan danışıblar. Məruzəçilərin yəqin 10 noyabr bəyanatının bütün bəndlərindən xəbərləri var. Üçtərəfli bəyanatın 4 – cü bəndinində qeyd edilib ki, Qarabağdakı qeyri-qanuni erməni silahlı qüvvələri ərazini tərk etməlidir. Bəyannamənin 9-cu bəndində isə yazılıb ki, regiondakı kommunikasiyalar açılmalı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən quru yol istifadəyə verilməli və maneəsiz gediş-gəliş təmin edilməlidir.
Üçtərəfli bəyanata əməl etməyən Ermənistan beynəlxalq təşkilatların zəhləsini tökməklə məşğuldur. İndi BMT-nin qondarma qurumlarında Azərbaycanı üçtərəfli bəyanatın şərtlərini pozmaqda ittiham edən qüvvələr, sadəcə ermənipərəst mövqe tutur və 10 noyabr bəyanatına təkcə Azərbaycanın əməl etməsini tələb edirlər. Azərbaycan əleyhinə çıxış edənlərin biri də üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulduğunu bildirməyib. Erməni diasporunun təsiri altında diplomatik iş aparan BMT nümayəndələri “Laçın dəhlizi” deyib dayanıblar.
Amma onlar Azərbaycanın təklif etdiyi Bərdə-Ağdam-Xankəndi marşrutu barədə bir kəlmə də danışmayıblar. İnsan hüquqlarının aliliyindən söz açanların 30 il ərzində Azərbaycan vətəndaşlarının pozulan hüquqları yadlarına düşməyib. Erməni sevgisi, xristian təəssübkeşliyi yenə özlərini demokrat adlandıran insanlara həqiqəti söyləməyə imkan verməyib.

Xəbəri paylaş