Ermənistan ÇALXALANIR - rusiyayönümlü qüvvələr HƏRƏKƏTƏ KEÇDİ

 
18-09-2023, 12:37            118 dəfə baxılıb
İrəvan meriyasına keçirilən seçkilərdə sürpriz şəkildə 9,68% səslə bələdiyyə məclisinə daxil olan “İctimai səs” partiyası müxalifətdəki “Milli Tərəqqi” və “Ana Ermənistan” bloku ilə koalisiya yaratmağa hazır olduğunu bəyan edib.
Əyalətmedia.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “İctimai səs” partiyasının rəhbəri Vardan Qukasyan danışıb.
Qukasyanın qeyd etdiyi kimi, o, ya Andranik Tevanyanın, ya da Ayk Marutyanın İrəvanın meri olmasının tərəfdarıdır, lakin nəzarət aparatı “İctimai səs” partiyasına keçməlidir.
Xatırladaq ki, İrəvan Ağsaqqallar Şurasına 5 siyasi qüvvə daxildir. Bunlar hakim “Vətəndaş sazişi” (VS), müxalifətdə olan “Milli Tərəqqi” partiyaları, “Ana Ermənistan” bloku, “Respublika”, “İctimai səs” partiyalarıdır.
İlkin məlumata görə, İrəvan Ağsaqqallar Şurasında mandatlar aşağıdakı kimi bölüşdürülüb:
“VS” - 24
“Milli Tərəqqi” - 14
“Ana Ermənistan” - 12
“Respublika” - 8
“İctimai səs” - 7.
Yəni “İctimai səs”, “Milli Tərəqqi” partiyalarının və “Ana Ermənistan” blokunun aldıqları mandatların sayı (33) koalisiya yaratmaq üçün kifayətdir.



Xəbəri paylaş


 
 


Xəbər lenti