Ərdoğanın BMT-dəki möhtəşəm çıxışı dünya mediasında – “Azərbaycan sonuna qədər haqlıdır”

 
20-09-2023, 12:03            92 dəfə baxılıb
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ötən gün BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Azərbaycanla bağlı dediyi fikirlər dünya mediasında böyük əks-səda doğurub.
“AzPolitika.info” xəbər verir ki, BMT kürsüsündən Azərbaycanın haqq səsini dünyaya çatdıran Ərdoğan, Qarabağın Azərbaycan torpağı olduğunu, bunun xaricində heç bir statusun qəbul edilməyəcəyini qeyd edib. Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib.
Qeyd edək ki, qlobal media quruluşları Ərdoğanın Qarabağ münaqişəsi ilə bağlı bu sözlərinə geniş yer verib.
Böyük Britaniyanın “Reuters” agentliyi “Türkiyə bildirir ki, Azərbaycan Qarabağda narahatlıqların aradan qalxmamasından sonra hərəkətə keçmək məcburiyyətində qalıb” başlığı ilə oxucularının qarşısına çıxıb.“Al Arabiya News”-un da gündəmində Ərdoğanın BMT toplantısında Qarabağla bağlı dediyi fikirlər yer alıb. Qəzet bəyan edib ki, Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünün vacibliyindən danışıb.
“Discourse” saytı Ərdoğanın Azərbaycanla bağlı açıqlamalar verdiyini vurğulayaraq, separatçıların olduğu bölgəyə status verilməsinin “qəbuledilməz” olduğunu vurğulayıb.
“Əl Monitor” isə Ərdoğanın çıxışını “Qarabağ Azərbaycan torpağıdır” başlığı altında yayımlayıb.
Misirin “Ahram Online” nəşri də Türkiyənin Azərbaycana dəstəyindən bəhs edib və Ərdoğanın “Azərbaycan sona qədər haqlıdır” sözlərinə yer verib.





Xəbəri paylaş


 
 


Xəbər lenti