Azərbaycanda NATO-nun təlim kursu keçirilir

 
1-06-2022, 14:21            73 dəfə baxılıb
Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutunda NATO-nun təlim kursu keçirilir.
Nazirlikdən Qanunvehedef.az-a bildirilib ki, kurs NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "NATO-da əməliyyatın planlama prosesi" mövzusunda təşkil olunub.
Kurs müddətində dinləyicilərə NATO haqqında ümumi məlumat, ştat strukturu və əməliyyatların planlama prosesi ilə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunur.
Həmçinin mövzuya dair fikir mübadiləsi aparılaraq, praktiki qrup çalışmaları yerinə yetirilir.



Xəbəri paylaş


 
 


Xəbər lenti