"Avropada tolerantlıq dəyərdən düşüb" - Səməd Seyidov
22-06-2022, 14:33
"Avropada tolerantlıq dəyərdən düşüb"."Report"un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında çıxışı zamanı bildirib.
20 ildir AŞPA-nın üzvü olduğunu deyən azərbaycanlı deputat Strasburq şəhərinin mərkəzində yerləşən sinaqoqun qapılarını hər zaman bağlı gördüyünü söyləyib: "Mənim şəhərim olan Bakıda, Azərbaycanın paytaxtında da sinaqoq var və bütün həyatım boyu onun qapılarını heç vaxt bağlı görməmişəm. Ancaq təəssüflər olsun ki, Avropada tolerantlığa hörmət itib. Biz AŞPA-nın üzvləri kimi bu dəyərin aktuallaşması üçün əlimizdən gələni etməliyik. Bir az yəhudi, bir az müsəlman olmağa çalışmalıyıq. Etnik mənşəyinə görə ayrı-seçkilikdən əziyyət çəkənləri bu zaman gözəl anlayacağıq".
Xəbəri paylaş



























