“Bakı və İrəvanın birgə açıqlaması regionda sülhə nail olmaq üçün növbəti addımdır” - Mirzoyan

 
12-12-2023, 13:36           
Bu yaxınlarda Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq saxlanılanların mübadiləsinə dair birgə açıqlaması və Ermənistanın COP29 forumuna dair razılaşması İrəvanın regionda sülhə nail olmaq əzminin növbəti təzahürü idi.
“Əyalətmedia.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələri nazirlərinin görüşündə çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
O qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü, sərhədlərin qarşılıqlı tanınması, həmçinin regional kommunikasiyaların açılması prinsipləri əsasında regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var.



Xəbəri paylaş


 
 


Xəbər lenti