Ərdoğan elan edəcək – Tarixi qərarda diqqətçəkən Azərbaycan detalı
9-01-2024, 10:53
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və hakim partiyanın (AKP) sədri Rəcəb Tayyib Ərdoğan dünən İstanbul başda olmaqla 11 böyük şəhər və 15 vilayətin bələdiyyə sədrliyinə namizədlərini açıqlayıb.Türkiyə liderinin yanvarın 15-də Ankara və digər şəhərlər üzrə namizədləri açıqlayacağı bildirilir.
Türkiyə mətbuatının iddiasına görə, AKP-nin Ankara böyükşəhər bələdiyyəsi sədrliyinə namizədinin Keçiören (Ankara) bələdiyyəsinin başçısı Turqut Altınok olacağı dəqiqdir.
Altınokun bioqrafiyasındakı Azərbaycanla bağlı detal diqqət çəkir. Siyasətçinin Vikipediya məlumatına görə, Azərbaycanda hüquq təhsili alıb, Türkiyə-Azərbaycan əlaqələrinə verdiyi töhfələrə görə ölkəmizdə mükafata layiq görülüb.
Siyasi karyerası ərzində “Ülkü Ocakları”, Millətçi İşçi Partiyası, Fəzilət Partiyası və Millətçi Hərəkat Partiyasında yüksək vəzifələr tutub.
İlk dəfə 1999-cu ildə Fəzilət Partiyasından Keçiören bələdiyyəsinə sədr seçilib.
Vikipediya məlumatında AKP-nin qurucuları arasında yer aldığı bildirilir.
2004-cü il seçkilərində AKP-dən Keçiören bələdiyyə sədri olub. 2009-cu il seçkilərində Ankara böyükşəhər bələdiyyəsinə namizəd olsa da, uduzub.
2013-cü ildə AKP-dən istefa verib, 2019-cu ildə yenidən qayıdıb. Həmin il hakim partiyadan Keçiören bələdiyyəsinə namizəd olub və qalib gəlib.
Xəbəri paylaş



























