“Avropanın Ermənistanda özünü oda atmaq fikri yoxdur” - Politoloq Jan-Kristof Buisson
30-01-2024, 12:45 110 dəfə baxılıb
“Türkiyə və Azərbaycan bizim silahlardan qorxmur. İndi Avropa Ermənistana yalnız pulemyot daşıyan maşınlar göndərməklə məşğuldur. Bundan artığına gücü çatmır. Açığını deyim ki, Fransanın Ermənistana bundan artıq silah verəcəyinə inanmıram”.
Əyalətmedia xəbər verir ki, bu sözləri Fransanın “Fiqaro” nəşrinin redaktor müavini, politoloq Jan-Kristof Buisson Ermənistan mətbuatına müsahibəsində deyib:
“Bugünkü geosiyasi vəziyyətdə, Rusiya-Ukrayna münaqişəsi kontekstində Avropanın ikinci cəbhə açmağa hazır olacağına əmin deyiləm. Çünki biz gəlib ermənilərə kömək etsək, qarşımızda Türkiyəni görəcəyik. Rusiya da bizim ora gəlişimizə biganə qalmayacaq. Başqa sözlə, Avropa düşünür ki, Ermənistana görə bu oyuna girməyə dəyərmi? Fikrimcə, Avropa müsəlman ölkələri arasında yerləşən kiçik “adanı”, xristian anklavı hesab etməyəcək. Bunun yeni regional münaqişəyə və hətta Üçüncü Dünya Müharibəsinə gətirib çıxara biləcəyi riskini nəzərə alsaq, Avropanın Ermənistanda özünü oda atmaq fikri yoxdur. Yəni, sabah Ermənistana hücum olunsa, yaxud Ermənistanda rusiyapərəstlərin çevrilişi baş versə, Avropa iki-üç min kilometr məsafədən müdaxilə edə biləcəkmi? Biz indi göstəririk ki, Ermənistana silah göndəririk, ona kömək edirik. Bu silahları ona görə göndəririk ki, biz Ermənistanın tərəfindəyik, hücum etsəniz, bəlkə də hərbi baxımdan da Ermənistanın yanında ola bilərik. Amma hərbi-siyasi reallıq başqadır”.
O, Fransa xalqının Ermənistanın müdafiəsinə əsgər göndərməyə razılıq verib-verməyəcəyinə də əmin olmadığını bildirib:
“Ukraynaya göndərildikdən sonra bizdə hansı silahların qaldığını bilmirik. Ermənistan bizdən üç min kilometr aralıda yerləşir və əlaqələrimiz də yalnız hava yolu vasitəsilədir. Nəzərə almalıyıq ki, Fransa ordusunu Gümrüdəki Rusiya hərbçiləri gözləyir. Düşünmürəm ki, Fransa hakimiyyəti bu qədər axmaq qərar qəbul edib Ermənistana əsgər göndərsin. Ermənistana başqa necə kömək etmək olar? Hələlik real bir şey görmürəm. Biz fransız əsgərlərini islamçılarla döyüşən Malidə ölməyə göndərəndə də oxşar təcrübəni yaşadıq. Fransız əsgərləri Malinin demokratiyasını müdafiə etdilər. Əsgərlərimizi Ermənistana da göndərmək mümkün idi. Amma bir tərəfdən Rusiyadan, digər tərəfdən NATO üzvü olan Türkiyədən çəkindiyimiz üçün hələ də bu addımı ata bilmirik. Bundan başqa mən də hesab edirəm ki, Avropa, o cümlədən, Fransa Türkiyədən çox qorxur. Çünki Suriyadakı vətəndaş müharibəsindən sonra Türkiyədə milyonlarla qaçqın məskunlaşıb. Türkiyə Avropanı qapılarını açmaqla hədələyir. Avropa da qaçqın axınından qorxur. Fransa Senatının hökumətdən Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi tələb edən qətnaməsinə gəlincə, bu, sadəcə olaraq, arzudur. Bu arzular heç vaxt gerçəkləşməyəcək. Nə Avropa, nə də Fransa icra hakimiyyəti orqanları onları həyata keçirməyəcək. Çünki sanksiyaların arzu olunan nəticələrə gətirib çıxaracağına əmin deyillər. Dəyişən yeganə şey, Fransa ilə Azərbaycan arasında münasibətlərdəki böyük gərginlikdir”.

Xəbəri paylaş