Ukrayna Ali Radasının sədri Putinə səsləndi
24-06-2022, 14:23 65 dəfə baxılıb
Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi barədə qərar hətta Putinin bunkerində də eşidiləcək.
Əyalətmedia.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk xalqa müraciət edərkən deyib.
"Aİ-yə namizəd statusu yetkin demokratik Avropa cəmiyyəti olmaq yolunda Sizinlə əldə etdiyimiz nailiyyətlərin tanınmasıdır".
Şura sədri hesab edir ki, bu, güclü siyasi mesajdır. Bunu səngərdəki əsgərlər də, müharibədən xaricə qaçmağa məcbur olmuş hər bir ailə, qələbəmizi yaxınlaşdırmağa kömək edən hər kəs eşidəcək.
"Onu bunkerdə də eşidəcəklər. Biz coğrafiyanı dəyişə bilmərik. Rusiya bizim qonşumuz olmağa davam edəcək. Lakin bu qərar tarixi dəyişdi. Və bu halda tarix coğrafiyaya qalib gəlib", - Stefançuk bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski də namizəd statusunun alınmasını Ukrayna ilə Aİ münasibətlərində ciddi addım adlandırıb.
Xatırladaq ki, iyunun 23-də Avropa Parlamenti Ukrayna və Moldovaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsini dəstəkləyən qətnamə qəbul edib.

Xəbəri paylaş