Putin iki ölkəyə səfərə gedir
28-06-2022, 14:56
Rusiya Prezidenti Vladimir Putin bu gün Tacikistana səfərə yollanır.Əyalətmedia.az “TASS”a istinadən xəbər verir ki, Putin Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmonla danışıqlar aparacaq.
Məlumata görə, Putin iyunun 29-u isə Türkmənistana yola düşəcək.
Rusiya Prezidenti Aşqabadda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderləri ilə Xəzər Sammitində iştirak edəcək.
Qeyd olunur ki, bu, Rusiya liderinin cari il xaricə etdiyi ikinci səfər olacaq.
Xəbəri paylaş



























