“Fərrux Azərbaycanın nəzarəti altındadır” - Paşinyan

 
28-06-2022, 14:58            78 dəfə baxılıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Fərrux kəndinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu təsdiq edib. 
Əyalətmedia.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə İrəvanda onlayn keçirilən mətbuat konfransında danışıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin cari ilin martında rəsmi olaraq yaydığı bəyanatda da qeyd olunmuşdu ki, Fərrux kəndi Azərbaycanın nəzarəti altındadır: “Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”.



Xəbəri paylaş


 
 


Xəbər lenti