ABŞ 36 şirkəti qara siyahıya saldı – Rusiyaya dəstək verdikləri üçün
1-07-2022, 11:43 68 dəfə baxılıb
ABŞ Ukrayna münaqişəsində Rusiyanın hərbi və müdafiə sənayesi bazasına dəstək verdiyi üçün Çin şirkətləri də daxil olmaqla 36 şirkəti qara siyahıya salıb.
“Reuters” xəbər verir ki, qara siyahıya nəzarət edən Ticarət Departamenti hədəfə alınan şirkətlərin 24 fevral işğalından əvvəl Rusiyanın “narahatlıq doğuran qurumlarına” mal tədarük etdiyini bildirib və əlavə edib ki, onlar siyahıdakı və sanksiyalara məruz qalan Rusiya qurumları ilə təchizat müqavilələri bağlamağa davam edirlər.
Agentlik həmçinin Rusiya, BƏƏ, Litva, Pakistan, Sinqapur, Böyük Britaniya, Özbəkistan və Vyetnam daxil olmaqla bir çox ölkələrdən daha 31 şirkəti qara siyahıya salıb. Əlavə edilən 36 şirkətdən 25-i Çində fəaliyyət göstərir.
Ticarət katibinin sənaye və təhlükəsizlik üzrə müavini Alan Estevez açıqlamasında deyib ki, bu gün atılan bu addım bütün dünyadakı təşkilatlara və şəxslərə ciddi mesajdır, əgər onlar Rusiyanı dəstəkləmək istəsələr, ABŞ onları da qara siyahıya əlavə edəcək
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian qara siyahıya düşən Çin firmalarının Rusiya ordusuna mal tədarük edib-etməməsi ilə bağlı suala cavab olaraq ittihamları nə təsdiq, nə də təkzib edib. Lakin Çinin ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara qarşı olduğunu təkrarlayıb.
Çinin Vaşinqtondakı səfirliyi Pekinin Rusiya və Ukraynaya hərbi yardım etmədiyini bildirib. O, sanksiyaların beynəlxalq hüququ pozduğunu əsas gətirərək Çin şirkətlərinin hüquqlarını qorumaq üçün lazımi tədbirlər görəcəyini vurğulayıb.
Çindəki Rusiya ordusuna yardım etməkdə ittiham olunan şirkətlərdən üçü - Connec Electronic Ltd, Honq-Konqda yerləşən World Jetta və Logistics Limited şirkətlərindən şərh almaq mümkün olmayıb. Digər ikisi, King Pai Technology Co, Ltd və Winninc Electronic isə şərh sorğularına dərhal cavab

Xəbəri paylaş