BMT-dən Zelenskinin çağırışına reaksiya veriblər - “Rusiyanın veto hüququ var”
1-07-2022, 11:51 80 dəfə baxılıb
Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya Federasiyasının (RF) BMT Təhlükəsizlik Şurasından (TŞ) çıxarılması barədə çağırışına təşkilatdan rəsmi reaksiya verilib.
BMT Baş Məclisi sədrinin rəsmi nümayəndəsi Polina Kubiak qeyd edib ki, bütün uyğun qərarlar Təhlükəsizlik Şurası üzərindən qəbul olunur.
Bununla əlaqədar olaraq, belə qərarın qəbulu yalnız o halda mümkündür ki, Rusiya onunla razılaşsın. Əks halda bu, mümkün deyil. Çünki Rusiya TŞ-da veto hüququna malikdir.
Rusiyanın BMT TŞ-da daimi üzv qismində iştirakı təşkilatın Nizamnaməsinin 23-cü maddəsində yazılıb. Onun nəzəri cəhətdən üzvlükdən çıxarılması üçün bu sənədə düzəliş etmək lazımdır. Bunun da qəbulu TŞ-nın bütün daimi üzvlərinin imzasından sonra mümkündür.
Xəbər verildiyi kimi, bu ərəfədə Vladimir Zelenski özünün TŞ iclasındakı onlayn-çıxışında Rusiyanın BMT TŞ daimi üzvlüyündən çıxarılmasına çağırıb
Adından məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) dünyada sülhün və təhlükəsizliyin beynəlxalq təminatçısı statusundadır və bu istiqamətdə fəaliyyət göstərməlidir. Fəqət, Rusiya son illərdir ki, bunun əksinə çalışır - qonşu ölkələrdə separatçılığı alovlandırır, ayrı-ayrı dövlətləri özünün təsir dairəsində saxlamaq üçün açıq-gizli təcavüzə meydan açır, dağıdıcı müharibələr törədir, ölkələrin suverenliyini müxtəlif yollarla pozur.
Burada məntiqi sual yaranır: daha bu təşkilatın - BMT TŞ-nın «nəyi və harası» təhlükəsizlik təşkilatı oldu?!
Rusiyanın belə mövqeyi BMT kimi beynəlxalq təşkilatı sadəcə nüfuzdan salır, TŞ-nı diskreditasiya edir. Bu halda gerçəkdən gərəkdir ki, dünya dövlətləri «papağını qabağına qoyub» fikirləşsin - ya Rusiyanı «Allah yoluna» dəvət etsinlər, ya da nəticəsi olmasa, bu «xəstə imperiyanı” BMT-dən kənara atsınlar.
Bunun üçün isə motivasiya var: «dünya beşdən böyükdür!».

Xəbəri paylaş