RUSİYA YENİ HÜCUMA HAZIRLAŞIR - Çeçenlərdən ibarət 4 yeni batalyon yaradılır

 
1-07-2022, 11:59            65 dəfə baxılıb
Rusiya Ukraynadakı hücumlarını genişləndirmək üçün çeçen döyüşçülərdən ibarət yeni batalyonlar yaradır.
“Əyalətmedia.az” xəbər verir ki, bu barədə tanınmış çeçen yazıçı, siyasi fəal German Sadulaev şəxsi “teleqram” hesabından paylaşım edib.
O, bildirb ki, Rusiya Ukraynada yeni hücumlara başlamaq üçün ağır silahlarla təchziatlanmış çeçen döyüşçülərdən ibarət dörd yeni batalyon yaradır: “Bu onu göstərir ki, Rusiyanın Donbasda və ümumilikdə Ukrayna ərazisində qoşunlarının sayının azalmasıyla bağlı iddilar əsassızdır. Yeni yaradılacaq batalyonda tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya, minaatanlar və müxtəlif döyüş texnikaları olacaq”
Sadulaev iddia edir ki, yeni batalyonlar Çeçenistan lideri Ramzan Kadırovun əmri ilə yaradılır: “İndiyə qədər Ukraynada döyüşən çeçen alayları yüngül silahlara sahib olduqları üçün birbaşa döyüşlərdə iştirak etmirdilər. Onlar işğal olunmuş ərazilərdə müxtəlif tapşırıqları icra edirilər”.
“Ancaq yeni yaradılan batayonların birbaşa aktiv döyüşlərdə iştirak edəcəkləri gözlənilir. Çeçenlərin müharibələrdəki yüksək motivasiya və psixoloji hazırlığını nəzərə alsaq, bu batalyonların Ukrayna cəbhələrində güclü hücum silahına çevriləcəyi aydındır" - deyə, Sadulayev bildirib.



Xəbəri paylaş


 
 


Xəbər lenti