"Bayden Rusiyanın belini qıracaq" - "Postosvet ölkələrindəki rus casus şəbəkəsi qorxuya düşüb..."
1-07-2022, 13:23 51 dəfə baxılıb
ABŞ Prezidenti Co Bayden bildirib ki, Amerikanın təşəbbüsündən sonra 50-dən çox ölkə Ukraynaya silah yardımı edəcəyinə söz verib. O Ukraynaya 140 min ədəd tank əleyhinə sistem, 600-dən çox tank, 500-ə yaxın artilleriya sistemi və 600 mindən çox mərmi veriləcəyi ilə bağlı 50-dən çox ölkənin yeni öhdəliklər götürdüyünü bildirib. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan isə bildirib ki, Vaşinqton Kiyevi müasir orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Eyni zamanda Ukraynaya qabaqçıl reaktiv yaylım atəşi sistemi və gəmi əleyhinə sistemlər veriləcək.
Politoloq Xəqani Cəfərli bildirir ki, Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarında möhkəmlənə bilmədiyi bir zamanda ABŞ-ın 50 ölkə ilə birlikdə Ukraynaya çox böyük hərbi yardım göstərməyə başlaması vəziyyətin tezliklə kəskin şəkildə dəyişəcəyi qənaətini yaradır.
"Fikrimcə, avqust ayının sonu, sentyabr ayının əvvələrində Ukrayna ordusunun güclü əks-hücumları başlayacaq" –deyə, o əlavə edib
Politoloq xatırladır ki, ABŞ Rusiyanı Avropa enerji bazarlarından çıxarmağa başlayıb: "İyun ayının göstəricilərinə görə ABŞ tarixdə ilk dəfə olaraq Avropaya qaz ixracında Rusiyanı üstələyib. Aydın görünür ki, Bayden Rusiyanın belini qırmaq üçün müəyyən etdiyi strategiyanı mərhələ-mərhələ, addım-addım həyata keçirməkdədir".
X.Cəfərlinin sözlərinə görə, bütün bunlar Rusyanın postsovet məkanındakı cəsus şəbəskəsini qorxuya salıb: "Gürcüstanda iqtidarını itirməkdə olan “Gürcü arzusu” hökuməti “Evimizə, Avropaya” Vətəndaş Hərəkatının fəallarına hücumlar təşkil edir. Azərbaycanda da Rusiyanın regional və etnik prinsiplər üzərin

Xəbəri paylaş