İşxan Saqatelyan vitse-spiker vəzifəsindən məhrum edildi – Paşinyandan müxalifətə NÖVBƏTİ ZƏRBƏ

 
1-07-2022, 13:55            51 dəfə baxılıb
İrəvanda iyulun 1-də parlamentin növbədənkənar iclasında İşxan Saqatelyanın parlament sədrinin müavini vəzifəsindən məhrum edilməsi, habelə Vaqe Akopyanın parlamentin İqtisadi məsələlərlə bağlı daimi komissiyasının sədri səlahiyyətlərinə xitam verilməsi ilə bağlı gizli səsvermənin nəticələri açıqlanıb.
Əyalətmedia.az  news.am-a istinadən xəbər verir ki, müvafiq təşəbbüs hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasına məxsus olub.


İşxan Saqatelyanın vitse-spiker vəzifəsindən məhrum edilməsinə və Vaqe Akopyanın parlamentin daimi komissiyasının sədri səlahiyyətlərinə xitam verilməsinə 66 deputat yekdilliklə səs verib.
Xatırladaq ki, son aylar İrəvan küçələrində keçirilən etiraz hərəkatlarına İşxan Saqatelyan rəhbərlik edib.



Xəbəri paylaş


 
 


Xəbər lenti