Moskvada Qarabağ separatçılarının daimi nümayəndəliyi bağlanır – Kremldən BAKIYA GÖZLƏNİLƏN DƏSTƏK

 
1-07-2022, 13:58            62 dəfə baxılıb
1990-cı illərdən Moskvada fəaliyyət göstərən Qarabağ separatçılarının Rusiyadakı daimi nümayəndəliyi tezliklə bağlanacaq.
Əyalətmedia.az xəbər verir ki, Ermənistanın “Qraparak” qəzeti bu gün təfərrüat vermədən bu xəbəri yayıb.

Separatçıların daimi nümayəndəliyinin bağlanması ilə bağlı məlumatlar əvvəllər erməni mətbuatında yer alsa da, hər dəfə sonradan təkzib edilib.
Son vaxtlar Moskva Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı ədalətli mövqe nümayiş etdirməyə başlayıb. Separatçıların nümayəndəliyinin bağlanması Kremlin Azərbaycanla müttəfiqlik əməkdaşlığı çərçivəsində yeni strategiyasına uyğun gəlir.
Qeyd edək ki, hətta Kremlin baş təbliğatçısı Vladimir Solovyov da “Qarabağın xarici işlər naziri”, separatçı David Babayanı studiyaya dəvət etdikdən sonra rəsmi Bakıdan üzr istəyib. Ermənipərəst rusiyalı jurnalist qondarma rejimin “rəsmisi”ndən müsahibə almaqla Rusiya-Azərbaycan münasibətlərinə nifaq salıb.



Xəbəri paylaş


 
 


Xəbər lenti