Pezeşkian Xameneinin “qorxunc ssenarisidir” – Sensasion iddia
8-07-2024, 14:20 39 dəfə baxılıb
İranda prezidentliyə, yaxud millət vəkilliyinə namizəd olan şəxs öncə Konstitusiya Keşikçiləri Şurasının süzgəcindən keçməlidir. Maraqlıdır ki, təxminən 5-6 ay əvvəl İranda parlament seçkilərinə hazırlıqlar başlayanda həmin qurum Pezeşkianın namizədliyini rədd etmişdi. Çox qəribə bir şəkildə Xamenei şəxsən dilə gətirərək dedi ki, Pezeşkianın hansı eybinə görə namizədliyi rədd olunub? Xamenei bir şəxsin adını bu qədər açıq şəkildə hələm-hələm dilinə alan deyil, o, adətən ümumi danışar. Bir müddət sonra isə Pezeşkianın prezidentliyə namizədliyi təsdiqləndi.
Bu sözləri güneyli araşdırmaçı-yazar Məhəmməd Rəhmanifər Məsud Pezeşkianın İran prezidenti seçilməsi haqda danışarkən deyib.
Prezidentliyə namizədlərin təsdiq prosesinin olduqca çətin prosedur olduğunu deyən Rəhmanifər öncəki dövrdə Pezeşkianın namizədliyinin rədd edildiyini xatırladıb:
“Bunları müqayisə edəndə, düşünürük ki, nə oldu, rejim anidən Pezeşkianın yolunu bu qədər açdı, onun seçilməsinə imkan verdi? Ola bilsin ki, Pezeşkian islahatçı olduğu üçün xarici siyasətdə vəziyyəti dəyişmək üçün bu addım atılıb. Pezeşkian xarici ölkələrlə daha yaxşı münasibət qura bilər. Ancaq düşünürəm ki, məsələ bu olsaydı, rejim daha fərqli namizədin də üstündə qala bilərdi – məsələn, Əli Laricani və yaxud Qalibaf. Fikrimcə, Pezeşkianın prezident seçilməsi daha çox daxili auditoriyanı sakitləşdirməyə istiqamətlənib. Bu gün Güney Azərbaycan məsələsi İranın ən böyük qorxusudur. Pezeşkian Güney Azərbaycan milli hərəkatına bir alternativ kimi güneyliləri bu amacından uzaqlaşdırmaq məqsədi ilə meydana gətirilib. Əlbəttə ki, bu, rejimin qurduğu oyundur. Eynən “Traktor”un Premyer Liqaya yüksəldilməsində rejimin birbaşa əli olduğu kimi… İnsanların səslərini küçələrdə deyil, stadion çərçivəsində məhdudlaşdırmaq üçün “Traktor”u Premyer Liqaya yüksəldən rejim tamamilə əks nəticə ilə qarşılaşdı. Güneylilər elə stadiondan dünyaya səs sala bildilər. Bu da elə. Artıq məsələ türk və fars məsələsinə çevrilib”.
O, Pezeşkianın Azərbaycan əyalətlərindəki seçki kampaniyalarında diqqət çəkən məqamlara da toxunub:
“Orada İrandan heç bir iz görmürdük – Azərbaycan mahnıları, Bozqurd simvolu, iştiakçıların qurd kimi ulaması və sair.
Amma unutmaq olmaz ki, İranın Xameneisi də var. Xüsusilə xarici siyasəti müəyyənləşdirmək, həm də icra etmək Xameneinin səlahiyyətindədir. Daxildə isə bir tərəfdə SEPAH, digər tərəfdə yenə Xamenei və onun ətrafı var. Bu baxımdan həm daxili, həm də xarici siyasətdə əl-qolu bağlı olan Pezeşkian rejimin məhz bu an üçün illərdir yetişdirdiyi, keçmişini belə təmiz saxladığı fiqurdur. Güneylilərə “prezidentiniz də özünüzdəndir” deyərək, illərlə assimilyasiya siyasəti ilə farslaşdırılmasına nail olunmayan azərbaycanlıları iranlılaşdırmaq üçün yaradılan körpü, cızılan ssenaridir bu. Ancaq şübhəsiz ki, azərbaycanlılar “Traktor” məsələsində olduğu kimi Pezeşkian ssenarisini də öz mənafelərinə çevirə biləcəklər”.

Xəbəri paylaş