TƏCİLİ: İranın radikal qəzeti yenidən Azərbaycanın daxili işlərinə qarışıb
4-07-2022, 13:05 70 dəfə baxılıb
İranın ali rəhbərinə bağlı radikal “Kayhan” qəzeti yenidən anti-Azərbaycan yazısı ilə gündəmə gəlib.
ƏYALƏTMEDİA.AZ “Azad İran”a istinadən xəbər verir ki, “Bakı aldanmasın, İsrail rejimi bitib” başlıqlı yazıda iddia edilir: “Sionistlərin Azərbaycan Respublikası ərazisində kiber fəaliyyətinin genişlənməsi təkcə sionist rejimin deyil, həm də Azərbaycanın kiber infrastrukturunun da kiber və haker hücumlarının hədəfinə çevrilməsinə səbəb olacaq, ona görə də Azərbaycan bu bitmiş rejimə aldanmamalıdır.
Uzun illərdir sanki İranın təhlükəsizlik orqanlarına bağlı haker qruplarının başqa ölkələrin dövlət və özəl qurumlarının rəsmi saytlarına kiber hücumlara əl atmasını unudan qəzet habelə yazıb:
“Sionist rejimin kiber fəaliyyətləri üçün Azərbaycan ərazisini seçməsi hər şeydən çox “Bakı” rəsmilərinin sionistlərin səssiz təhdidlərindən xəbərsiz olduğunu göstərir. Əslində sionistlərin bölgədə mövcudluğu digər ölkələr üçün ciddi regional təhlükə hesab olunduğu üçün, sionistlərin Azərbaycanda, xüsusilə kiber təhlükəsizlik sahəsində fəaliyyətlərinin genişlənməsi, istisna edilmir ki, bu ölkənin də kiber təhlükəsizliyinə kölgə salacaq və bundan sonra sionist rejimlə yanaşı, Azərbaycanın infrastrukturu da haker və kiber hücumların hədəfinə çevriləcək”.
Birbaşa Xameneinin ofisinin, habelə ETTELAAT və SEPAH-ın sifarişi ilə təxribat xarakterli məqalələr dərc edən “Kayhan” qəzetində həmçinin deyilir: “Başqa sözlə, sionistlərin Azərbaycan ərazisində kiber təhlükəsizlik mərkəzi yaratması göstərir ki, sionistlər onlara qarşı kiber hücumların miqyasını başqa ölkələrə də yaymağa çalışırlar. Belə olan halda, digər ölkələrin də kiber təhlükəsizliyi onların rəəsmilərinin qəfləti ucbatından ciddi təhlükələrlə üzləşəcək”.
əYALƏTMEDİA.az

Xəbəri paylaş