İrəvan bu şərtləri icra edir, sülh yaxınlaşır – Markov
17-07-2024, 11:39 99 dəfə baxılıb
Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri, fikrimcə, kifayət qədər yüksəkdir.
Bunu “Moskva-Bakı”ya müsahibəsində Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
“Ermənistan Bakının şərtlərini qəbul etməyə hazırdır, iki ölkə arasında 12 km sərhədin demarkasiyası artıq həyata keçirilib, Ermənistan əvvəllər işğal etdiyi kəndləri Azərbaycana qaytarıb, ikitərəfli sülh prosesinin davam etdiyini deyə bilərik. O cümlədən Ermənistanın iradəsi ilə mən əminəm ki, hakimiyyət Konstitusiyadan Azərbaycana qarşı bütün ərazi iddialarını çıxaracaq, Azərbaycan da bunu tələb edir”, – politoloq qeyd edib.
Markov vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı vəziyyətin necə inkişaf edəcəyi hələ də sual altındadır:
“Lakin Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla sülhə sadiqdir. Noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransına qədər hər şey bu sazişin imzalanmasına doğru gedir.
Ermənistan üçün Azərbaycanla sülh imzalasa, daha yaxşı olar, ölkə həyatında yeni səhifə açılar”.

Xəbəri paylaş