"Finlandiya və İsveçlə bəzi məsələlərdə fikir ayrılıqları qalır" - Mövlud Çavuşoğlu

 
4-07-2022, 13:46           
"NATO sammitindən bir neçə gün əvvəl Finlandiya və İsveç tələblərimizi qəbul etdi. Amma bəzi məsələlərdə fikir ayırılıqları var”.
“Əyalətmedia.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
“Madriddə müzakirələr davam etdi. Prezidentimiz Türkiyənin qırmızı xətlərini açıqladı. PKK NATO-nun terror siyahısındadır. İlk dəfə olaraq, YPG/PYD də NATO sənədlərinə düşdü. Finlandiya və İsveç NATO-ya üzvlük məsələsində Türkiyənin milli təhlükəsizliklə bağlı narahatlığına hörmət etməlidir”, - o söyləyib.



Xəbəri paylaş


 
 


Xəbər lenti