YAP 40 nəfəri “qurban verəcək” - Müxalifət üçün şans yaranıb
18-07-2024, 12:22 77 dəfə baxılıb
Hakim Yeni Azərbaycan Partiyasının sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyasını açıqlaması ölkə gündəminin əsas mövzusu olaraq qalır. YAP-ın gözlənildiyinin əksinə olaraq, 125 dairənin hər birindən namizəd irəli sürməsi çoxsaylı ehtimalların ortaya çıxmasına səbəb olub.
Əyalətmedia.az xəbər verir ki,YAP İdarə Heyəti özünün namizədlər siyahısını açıqlamamışdan əvvəl bir neçə dairənin müstəqil və müxalif namizədlərə güzəştə gedəcəyi iddia olunurdu. Bu müzakirələk konteskstində hakim partiyanın bütün dairələr üzrə namizəd göstərməsi birmənalı qarşılanmadı.
Məlum olub ki, YAP-ın bütün dairələr üzrə namizəd irəli sürməsi formal xarakter daşıyır və partiyanın imicini qorumağa xidmət edir. 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində olduğu kimi, bu dəfə də Milli Məclisdəki YAP-çı deputatların sayı 80-85 nəfər olacaq. YAP-ın ən azı 40 dairənin müxalifətdən olan və müstəqil şəkildə seçkiyə qatılan namizədlərə güzəştə gedəcəyi bildirilir.
Məsələn, YAP-ın 16 saylı Yasamal 2-ci seçki dairəsindən namizəd irəli sürməsi formal xarakter daşıyır. Hakim partiya bu dairədən Azərbaycan Texniki Universitetinin (AzTU) kafedra müdiri, dosent Həbib Mirzəyevi namizəd göstərməkdə, əslində, ReAL partiyasının üzvü Erkin Qədirliyə jest edib. Bu dairədən Erkin Qədirlinin deputat seçiləcəyi bildirilir.
İqtidar partiyası 26 saylı Sabunçu birinci seçki dairəsindən də formal namizəd irəli sürüb. Nəinki cəmiyyətdə, hətta YAP elitasında belə yaxşı tanınmayan Afaq Hacıyeva kimi zəif irəli sürməkdə məqsəd həmin dairədə BQP sədri, prinsipial çmövqeyi və intellektual göstəriciləri ilə müxalifətçi həmkarlarını üstələyən Fazil Mustafanın qələbəsinə şərait yaratmaqdır.
36 saylı Xətai-Suraxanı seçki dairəsinin timsalında da eyni yanaşmanı müşahidə edə bilərik. Məlum olduğu kimi, YAP həmin dairədən Nərmin Hacıyeva adlı xanımın namizədliyini irəli sürüb. İqtidar partiyasının bu dairənin Ədalət, Hüquq, Demokratiya(ƏHD) partiyasının sədri Qüdrət Həsənquliyevə güzəştə gediləcəyi bildirilir.
YAP-ın Naxçıvandakı dairələrdən birini də müxalifətə güzəştə gedəcəyi gözlənilir. Hazırda Naxçıvanda mövcud olan 6 seçki dairəsindən yalnız biri “zəif bənd” sayıla bilər. İqtidar partiyasının 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsini ADP sədri Sərdar Cəlaloğluna güzəşt edəcəyi gözlənilir.
Namizədliyi iqtidar partiyası tərəfindən irəli sürülmüş Hümbət Hüseynovun da qələbə şansının aşağı olduğu iddia edilir. Hazırda Binəqədi rayonundakı Rəsulzadə Bələdiyyəsinin sədri vəzifəsində çalışan Hüseynovun namizədliyinin formal xarakter daşıdığını demək olar. Hümbət Hüseynovun namizəd göstərildiyi 10 saylı Binəqədi seçki dairəsindən tanınmış hüquqşünas, siyasi etikası və prinsipial mövqeyi ilə müxalif dairələrdə böyük nüfuz sahibi olan Musavat başqanının müavini Razim Əmiraslanlının deputat seçiləcəyi istisna olunmur.
Analoji halı 40-a yaxın dairədə müşahidə etmək mümkündür. Budəfəki seçkinin qalibinin də YAP olacağı şübhəsizdir. Amma hakim partiya “tortdan” rəqiblərinə də pay düşməsini istəyir… / Yenisabah.az

Xəbəri paylaş