Əli Əsədovu təkcə İranın vitse-prezidenti qəbul edib, Xamenei isə Paşinyanla görüşdə Zəngəzur dəhlizini tənqid edib

 
31-07-2024, 11:31            137 dəfə baxılıb

İran prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedən Azərbaycanın baş naziri Əli Əsədovu təkcə vitse-prezident Məhəmməd Rza Arif qəbul edib.
Həmsöhbətlər ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər, Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyanı isə İranın ali lideri Əli Xamenei və İranın yeni prezidenti Məsud Pezeşkian qəbul edib.
Görüş zamanı Xamenei bildirib ki,”İran Zəngəzur dəhlizini Ermənistan üçün zərərli hesab edir və buna təkid edir”. Öz növbəsində Paşinyan cavab verib ki, “Ermənistan öz ölkəsinin ərazisində heç bir regiondankənar marşrutu tanımır”.



Xəbəri paylaş


 
 


Xəbər lenti