ZƏNGƏZUR DƏHLİZİ BEYNƏLXALQ ŞİRKƏTİN NƏZARƏTİNƏ VERİLİR? - Xamenei və Şoyqunun açıqlamaları bunu təsdiq edir
8-08-2024, 11:48 86 dəfə baxılıb
"Ermənistan və Azərbaycan iyulun əvvəlində Vaşinqtonda Xarici İşlər nazirləri rəhbərlərinni son görüşündə gələcək kommunikasiyalara nəzarətin beynəlxalq özəl təhlükəsizlik şirkətinə verilməsi imkanlarını müzakirə ediblər."
Bunu erməni politoloq Sergey Melkonyan Yerevanda konfransda bildirib.
Onun sözlərinə görə, beynəlxalq özəl şirkət həm Ermənistan ərazisində, həm də Naxçıvan və Azərbaycan ərazisində kommunikasiyalara nəzarət etməlidir. Bununla sərhəd və gömrük nəzarəti də nəzərdə tutulur.
Melkonyan hesab edir ki, Tehran hadisələrin bu cür inkişafını regiondakı maraqlarına təhlükə kimi görür.
Xatırladaq ki, Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanın İranın dini lideri Əli Xamenei ilə görüşündə sonuncu açıq şəkildə bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın marağında deyil. İran liderinin belə açıq bəyanatı o deməkdir ki, Ermənistan kommunikasiyaların beynəlxalq şirkətin nəzarətinə verilməsi ideyasını qəbul etməyə yaxındır və bu da Tehranı qətiyyən qane etmir.
Zəngəzur dəhlizinə beynəlxalq nəzarət ideyasının məhz Vaşinqtonda müzakirə olunduğunu nəzərə alsaq, güman etmək olar ki, Qərb Zəngəzur dəhlizinin idarə olunmasına Beynəlxalq Gömrük Təşkilatının cəlb edilməsilə bağlı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin 2023-cü il may tarixli ideyasını hazırlayıb tərəflərə təklif edib.
Görünür, bu məsələ Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqunun bu həftə Bakı və Tehranda müzakirə etdiyi məsələlərdən biri olub. İlham Əliyevlə görüşdən sonra Şoyqunun "Qərbi Cənubi Qafqaza buraxmaq olmaz" deməsi bunu dolayısı ilə təsdiq edir.
Bu arada, heç kim bu beynəlxalq şirkətin formatı, tərkibi və səlahiyyətləri barədə məlumatları açıqlamayıb. İstənilən halda, bu 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli saziş üzrə bu yola nəzarət etməli olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələrinə alternativ olacaq.
"Turan"

Xəbəri paylaş