Deputatlığa namizəd olan icra başçısı səlahiyyətlərinin icrasını DAYANDIRIB - Onun yerinə isə...

 
9-08-2024, 13:11            87 dəfə baxılıb
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısında deputatlığa namizəd olan Nəsimi Rayon İcra Hakimiyyətinin başçsı Asif Əsgərov səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.

Modern.az-ın məlumatına görə, o, hazırda seçkqabağı təşviqatla əlaqədar icra başçısı səlahiyyətlərini icra etmir.

Onun səlahiyyətlərini icra hakimiyyətinin başçısının müavini Zahid Xəlilov icra edir. Məlumatı Nəsimi Rayon İcra Hakimiyyətindən saytımıza təsdiq ediblər.

Qeyd edək ki, avqustun 9-da növbədənkənar parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası başlayıb.

Asif Əsgərov Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.



Xəbəri paylaş


 
 


Xəbər lenti