Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim
12-08-2024, 11:32 75 dəfə baxılıb
İran Prezidenti Məsud Pezeşkian yeni nazirlərini müəyyən edib.
Pezeşkian xarici ilər naziri postuna Abbas Əraqçinin, müdafiə naziri vəzifəsinə isə Əziz Nəsirzadənin namizədliyini irəli sürüb.
Bundan başqa, Pezeşkian kəşfiyyat naziri vəzifəsində olan Esmail Xatibin yenidən bu vəzifəyə namizədliyini irəli sürüb. Onun irəli sürdüyü namizədləri parlament təsdiqləməlidir.
Qeyd edək ki, Əraqçi Həsən Ruhani dövründə xarici işlər nazirinin müavini işləyib. SEPAH-da uzun müddət xidmət edən Əraqçi sonra İranın Qərblə nüvə danışıqlarının aparılmasında aktiv iştirak edib.
Əraqçi həmçinin İkinci Qarabağ Müharibəsindən sonra İranın Qafqazdakı situasiyaya müdaxilə edib, Azərbaycana qarşı təzyiqlər yaratmağa çalışdığı dönəmdə Tehranın planlarını gerçəkləşdirən əsas diplomatlardan olub.
Bundan başqa, o, Azərbaycanla İranı “bir millət, iki dövlət” adlandırması ilə də diqqət çəkmişdi.
Əziz Nəsirzadəyə gəlincə isə o, İran ordusunun baş qərargah rəisinin birinci müavinidir./ globalinfo.az

Xəbəri paylaş