Rusiya Suriiyadakı terrorçularla da işbirliyi içindədir

 
5-07-2022, 13:24           
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həftələr öncə açıqladığı Suriyanın şimalında anti-terror əməliyyatlarına hazırlıqlar davam edir. Belə bir vaxtda Rusiyanın Suriyadakı terror təşkilatlarıyla işbirliyi içində olduğu ortaya çıxıb.
“Əyalətmedia.az” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniyanın “Asharq Al Awsat” qəzetinə PYD-nin terrorçu lideri Badran Jia Kurd məlumat verib. O, Rusiyanın vasitəçiliyi ilə Dəməşq rəhbərliyilə bir sıra görüşlər keçirdiklərini bildirib.
Məlumatda iddia olunur ki, görüşdə əldə olunan razılığı əsasən, bundan sonra Suriya-Türkiyə sərhədini PYD-YPG-PKK terror təşkilatı qoruyacaq.
Xəbərdə o da bildirilib ki, terrorçulardan təşkil olunan və ABŞ-ın dəstəklədiyi PYD vəYPG Türkiyə ilə üz-üzə gəlmək istəmədikləri üçün sərhədləri qorumaq vəzifəsini Dəməşqə həvalə ediblər.
“AzPolitika.info”



Xəbəri paylaş


 
 


Xəbər lenti