Ukrayna İsveçdən əlavə 6 milyon avro alacaq
5-07-2022, 14:27
İsveç Ukraynada yenidənqurma layihələri üçün əlavə 6 milyon avro, həmçinin minalardan təmizləmə və nüvə təhlükəsizliyi üçün təxminən 1,5 milyon avro ayırır."Əyalətmedia.az" xəbər verir ki, bunu İsveçrənin Luqano şəhərində keçirilən Ukraynanın bərpasına dair beynəlxalq konfransda İsveç nümayəndəsi bildirib.
O qeyd edib ki, fevral ayından başlayaraq İsveçin ümumi dəstəyi artıq 380 milyon avronu keçib.
"Və mən qürur hissi ilə bildirirəm ki, İsveç Ukraynanın bərpası üçün daha 6 milyon avro ayırır, bu vəsaitlər Ukrayna hökuməti və Aİ institutları ilə razılaşdırılaraq ödəniləcək ki, vəsaitlər ən prioritet sahələrə yönəldiləcək", - İsveç nümayəndəsi bildirib.
Xəbəri paylaş



























