Britaniya daha altı rusiyalıya qarşı sanksiyalar tətbiq edib

 
5-07-2022, 15:07            61 dəfə baxılıb
Böyük Britaniya bazar ertəsi altı Rusiya vətəndaşının, o cümlədən “United World International” xəbər saytının sanksiyalar siyahısına daxil edildiyini açıqlayıb.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat verib.

Sanksiya siyahısında olanlar arasında ideologiyasının Kreml siyasətinə əhəmiyyətli təsir göstərdiyi güman edilən filosof Aleksandr Duginin qızı Darya Dugina (Platonova) da var. Duginin özü isə sanksiyalar siyahısında yoxdur.

Sanksiyaya məruz qalan daha beş nəfər Krımın “NewsFront” xəbər agentliyinin fəaliyyəti ilə bağlıdır. Onların hamısının Ukraynadakı müharibə ilə bağlı dezinformasiya ilə məşğul olduğu iddia edilir.

Hazırda Britaniyanın sanksiya siyahısında 1293 Rusiya vətəndaşı var ki, bu da digər ölkələrin vətəndaşlarından çoxdur.





Xəbəri paylaş


 
 


Xəbər lenti