Zəngəzur məsələsi Rusiya-Amerika arasında tərəf seçən qrupları Azərbaycana düşmən edir - FAKT BUDUR!
17-09-2024, 11:08 93 dəfə baxılıb
Məsud Pezeşkian İran prezidenti seçildikdən sonra İran daxilində olan qruplaşmaların öz aralarında olan mübarizələr güclənib. Bu qruplaşmalar bir-birinin əksinə olaraq fəaliyyət göstərir və İranın iki fərqli dövlət - Rusiya və Amerika ilə daha yaxın olmasına cəhd edirlər. Bu fonda, Zəngəzur dəhlizi məsələsi gündəmə atılır...
Güneyli fəal Maşallah Rəzmi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranda yeni bir problem var. Bu problem də Zəngəzur dəhlizinin gündəmə gəlməsinə səbəb olur və İran Azərbaycana qarşı düşməncəsinə davranır.
“Pezeşkian vəzifəyə gələndə xalqa vəd verib ki, Qərb ölkələri ilə əlaqə yaradacaq, sanksiyaları aradan götürəcək və dövlətin iqtisadiyyatını düzəldəcək. Dəfələrlə deyib ki, İrana qarşı aparılan sanksiyalar aradan qaldırılmayana qədər İranın iqtisadiyyatı düzəlməyəcək”-deyə Maşallah Rəzmi bildirib ki, İranda hakimiyyətdə iki qrup var.
“Bir qrup fanatik müsəlmanlardır. Onlar deyirlər ki, biz Amerika ilə mübarizəmizi davam etdirməliyik. Haqq bizimlədir. Onlar istəyirlər ki, Cümhur-i İslamı ləğv etsinlər. Deyirlər ki, biz gərək onunla heç vaxt barışmayaq, həmişə mübarizə aparaq. Digər qrup isə, deyir ki, bu, ideoloji bir mövqedir. Siyasi bir mövqe deyil. Bizim gərək bütün ölkələrlə münasibətimiz olsun və heç kəsin işinə qarışmayaq, heç kəslə mübarizə aparmayaq”-deyən Maşallah Rəzmi vurğulayıb ki, daxildə olan bu ixtilaf çox şiddətlənib. Belə ki, bir qrup Amerika ilə barışmaq yolunda addım atır, digəri Amerika ilə düşmənçilik aparır və Rusiyaya yaxınlaşmaq istəyir.
“O qüvvələr ki, İranda Rusiyanın siyasətinə müxalifdirlər, Zəngəzur məsələsini gözlərində çox böyüdürlər. Artıq Azərbaycanla Rusiya Zəngəzur məsələsində bir mövqeyə çatıb. Bu qüvvələr istəyir ki, Azərbaycana düşmənçilik etməklə öz müxalifətlərini Rusiyaya göstərsinlər. Bu da problemləri şiddətləndirir. Bu qüvvələrin əslində xalq üçün nə istədikləri bəlli deyil”-deyə Maşallah Rəzmi qeyd edib.

Xəbəri paylaş