“Sərhədin delimitasiyası prosesi vaxt aparır” - Ceyhun Bayramov
7-07-2022, 12:12
“Sərhədin delimitasiyası prosesi vaxt aparır. Münasibətlərin tarixini nəzərə alsaq, buna nail olmaq heç də asan olmayacaq. Bununla belə, prosesin başlaması artıq özü-özlüyündə yaxşı addımdır”.“Əyalətmedia.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası prosesi haqqında sualı cavablandırarkən deyib.
XİN rəhbəri bildirib ki, delimitasiya komissiyasının növbəti iclasının tarixi hələ məlum deyil.
Xəbəri paylaş



























