Sülh prosesində iki çətin məsələ hansıdır? – Detallar açıqlandı
19-11-2024, 11:30 71 dəfə baxılıb
Nikol Paşinyan Ermənistanın müstəqillik bəyannaməsinin reallıqla əlaqəli olmadığını bildirib. O iddia edir ki, bu, indiki Ermənistanın reallığından çox uzaqdır. Sözsüz ki, onun bu cür yanaşması heç də Azərbaycanın haqlı tələbləri ilə bağlı deyil. Paşinyan vaxtaşırı belə gedişlər etməklə diqqəti başqa istiqamətlərə yönəltməyə çalışır.
Bu sözləri Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
“Zaman-zaman Paşinyan bir-birini təkzib edən mövqelər sərgilədiyinə görə onun nə edəcəyi ilə bağlı konkret təsəvvürlər yoxdur. Real addımlardan sonra nəsə demək olar. Əgər sülh istiqamətində zəruri addımlar atılacaqsa, hansısa bir nəticə olacaq. Hələlik isə Paşinyandan nəticəsiz, boş, mənasız bəyanatlar eşidilir”, – deyə deputat söyləyib.
Partiya sədri hesab edir ki, Paşinyanın bu günlərdə Azərbaycan və Ermənistanın guya kommunikasiya xəttləri məsələsində ortaq məxrəcə yaxın olması ilə bağlı açıqlaması da məntiqdən uzaqdır:
“Bütün bunlar əslində onu göstərir ki, Ermənistandan yaxın müddətdə heç bir addım gözləməyə dəyməz. Sülh məsələsində də onlar ancaq manipuliyasiya və fikirləri başqa səmtə yönəltməklə məşğuldurlar”.
Asim Mollazadənin fikrincə, sülhlə bağlı Ermənistan baş nazirinin iki bənd üzrə danışıqların davam etməsinə diqqət çəkməyə çalışması da absurd görünür:
“Paşinyanın ehtimallarından, danışıqlarından heç nə anlamaq mümkün deyil. O hər zaman fərqli, həqiqətdən uzaq olan mövqe sərgiləyir. Ona görə də bu cür fikirlərə etimad etmək çox çətindir”.

Xəbəri paylaş