Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi…

 
3-12-2024, 12:43            99 dəfə baxılıb
Gürcüstanda vəziyyət sabitliyə təhlükə yaradır. Qərb ölkələrinin səfirlikləri tərəfindən dəstəklənən müxalifət, rəngli inqilab formatında dövlət çevrilişi planlarından əl çəkmək niyyətində deyil.
Bunu açıqlamasında hərbi ekspert, Xəzər Strateji Tədqiqatlar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.
Onun sözlərinə görə, etiraz dalğası daha da aqressivləşəcək:
“Müxalifətçilər Prezident Salome Zurabişvilinin antigürcü fəaliyyətinə güvənirlər. O, Cənubi Qafqazda sabitliyi pozmağa çalışan dövlətlərin əlində alətə çevrilib. Buna görə də müxalifətin artan etirazları və aqressiv hərəkətləri qaçılmazdır. Praktik olaraq, hökumət binalarına basqın, hakim partiya liderlərinin və hökumət üzvlərinin məhv edilməsi, təhlükəsizlik qüvvələrinə güc tətbiq edilməsi planlaşdırılır. Bu səbəbdən vəziyyət olduqca gərgindir. De-fakto, söhbət hökumət çevrilişindən gedir. Gürcüstanın güc strukturları konstitusiyanı əsas götürərək hazırkı baş naziri dəstəkləməlidir”.
Ekspert vurğulayıb ki, bu hadisələr Maydan ssenarisini xatırladır:
“Avropa Birliyinin Tiflis hakimiyyətinə siyasi təzyiq siyasətini davam etdirəcəyini düşünürəm. Biz Avropa Birliyinin və Avropa Parlamentinin institutlarını və ən əsası, “böyük yoldaşların” (ABŞ və onun Avropadakı əlaltıları) əlində alət olan dövlətlərin qızışdırıcı rolunu görürük.
Məqsəd parlament seçkilərində qalib gələn legitim hökuməti istefaya məcbur etmək və yeni seçkilərə yol açmaqdır. Maydan ssenarisinin təkrarlanması ehtimalı böyükdür: müqəddəs qurbanlar, tələbələrin zorakılıqla dağıdılması, Tiflis küçələrində snayperlərin görünməsi və qan tökülməsi ilə hökumətin ittiham edilməsi. Gürcüstan xalqı və hakimiyyəti üçün yeganə yol çevrilişə cəhd edənləri güc vasitəsilə dayandırmaqdır. Kompromis mümkün deyil. Saakaşvilinin tərəfdarları dövlət çevrilişinə cəhdə görə məhkəmə qarşısında cavab verməlidir. Əks halda, Gürcüstan xaosa sürüklənəcək”.




Xəbəri paylaş


 
 


Xəbər lenti