Hakan Fidan Yaxın Şərqdə, Ərdoğan Ankarada – Kritik planla toplanırlar
9-12-2024, 11:49 93 dəfə baxılıb
Türkiyə Nazirlər Kabineti bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə toplanacaq.
İclasda Bəşər Əsədin devrilməsindən sonra Suriyada atıla biləcək siyasi addımlar qiymətləndiriləcək.
Xarici işlər naziri Hakan Fidan dünən Qətərin paytaxtı Dohada mühüm görüşlər keçirib. Toplantıda Fidanın Suriya məsələsində təsirli iki ölkə olan İran və Rusiyanın xarici işlər nazirləri ilə təmasları da dəyərləndiriləcək.
Türkiyə PKK/YPG terror təşkilatının Suriyadakı hərəkətlərini yaxından izləyir. Ankara terror təşkilatlarının bölgə ilə bağlı planlarının reallaşmasına imkan verməyəcəyini bəyan edib. Toplantıda kəşfiyyat məlumatları əsasında terror təşkilatına qarşı atılacaq addımlar da qiymətləndiriləcək.
Nazirlər Kabinetinin iclasında suriyalı qaçqınların vəziyyətinin də müzakirə olunacağı gözlənilir. Çünki Əsəd Suriyanı tərk etdikdən sonra Türkiyədə yaşayan bir çox suriyalı öz ölkələrinə qayıtmaq üçün müraciət edib.
Prezident Ərdoğan iclasdan sonra açıqlama verəcək.

Xəbəri paylaş