“Aİ missiyasının sərhəddə yerləşdirilməsinə lüzum yoxdur” – Hikmət Hacıyev
12-12-2024, 11:22 70 dəfə baxılıb
İki ölkənin sərhəddində üçüncü dövlətin missiyasının yerləşdirilməsi narahatlıq doğurur. Azərbaycan bunu dəfələrlə bəyən edib.
Bunu Prezidentin Xarici Siyasət Məsələləri üzrə köməkçisi Hikmət Hacıyev mətbuata açıqlamasında deyib.
“Aİ-nin missiyasının sərhəddə yerləşdirilməsinə lüzum yoxdur. Bu fəaliyyət başa çatmalıdır. Ona görə ki, missiya yerləşdirilən zaman Prezident İlham Əliyev və Makronun iştirakı ilə Praqada qərara alınmışdı bu qısa müddətə olacaq. Amma təəssüf ki, bunun vaxtı və mandatı genişləndirilir. Ermənistan – Azərbaycan arasında qarşılıqlı anlaşma şəklində delimitasiya və demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olmasına ehtiyac yoxdur. Onun tərkibi hərbçilərlə zənginləşdirilib. Onlar regionda sülhün möhkəmləndirilməsinə xidmət etmirlər. Sülhün gücləndirilməsi iki ölkə arasında gedən prosesdir. Aİ-nin sərhəddə olması vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq. Təəssüf ki, bəzi Aİ ölkələri Aİ adından Ermənistanda militarizasiya proqramları həyata keçirir”, – deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Xəbəri paylaş