Ərdoğan: Türkiyə Suriyadakı qeyri-sabit vəziyyətin bitməsi üçün bütün terror təşkilatları ilə mübarizə aparır

 
18-12-2024, 11:21            62 dəfə baxılıb
Türkiyə Suriyadakı qeyri-sabit vəziyyətin ən qısa zamanda bitməsi üçün bütün terror təşkilatları ilə mübarizə aparır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Qətər əmiri Şeyx Temim bin Hamad Al Sani ilə görüşündə deyib.
O, söyləyib ki, Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün terrorla mübarizəsini davam etdirəcək.
Türkiyə lideri qeyd edib ki, ölkəsi Suriya xalqı və hakimiyyətinin yanındadır. Onun sözlərinə görə, ölkənin bərpası üçün beynəlxalq əməkdaşlığa ehtiyac var.
Görüş zamanı, həmçinin ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş


 
 


Xəbər lenti