Rusiya Ukraynanın mərkəzini raket atəşinə tutub - 12 nəfər ölüb, 30 nəfər yaralanıb

 
14-07-2022, 13:55           
Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitse şəhərini raket atəşinə tutması nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb.
“Əyalətmedia.az” “RBK-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar üzrə Xidmətindən bildirilib.
Xilasedicilərin məlumatına əsasən, raket 9 mərtəbəli “Yubiley” məişət evinin yaxınlığına düşüb. Raket hücumu nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici fəaliyyət göstərir.
Məlumata görə, ölənlər dinc sakinlərdir. Onların arasında uşaq da var.



Xəbəri paylaş


 
 


Xəbər lenti