Bu ölkələr Trampa qarşı birləşdi – Dünyanın ən böyük adası uğrunda mübarizə qızışır

 
28-01-2025, 12:48            90 dəfə baxılıb
Bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp dünyanın ən böyük adası olan Qrenlandiyanın Danimarkadan alınması üçün hərəkətə keçəcəyini bəyan etmişdi. Trampın bu təhdidindən sonra onunla 45 dəqiqəlik telefon danışığı aparan Danimarkanın Baş naziri Mette Frederiksen görüşdən sonra skandinav həmkarlarını evində qonaq edib.
“AzPolitika” xəbər verir ki, Frederiksen məsələni müzakirə etmək üçün İsveçin Baş naziri Ulf Kristersson, Norveçin Baş naziri Conas Qahr Store və Finlandiya Prezidenti Aleksandr Stubb ilə axşam yeməyində bir araya gəlib.
Danimarka baş naziri evində keçirilən görüşü sosial media hesabından paylaşıb və bunları yazıb:“Hər kəsə salam. Vəziyyətin qısa xülasəsi budur. Finlandiya, Norveç və İsveçdən olan skandinaviyalı həmkarlarımı bu axşam evimə şam yeməyinə dəvət etdim. Biz Skandinaviya ölkələri həmişə bir arada durmuşuq və haazırki gələcəyi bəlli omayan vəziyyət bizim ittifaq və dostluğumuzu daha da vacib bir vəziyyətə gətirib”.



Baş naziri Qrenlandiya və ABŞ Prezidenti Donald Trampın dediyi fikilrərin də müzakirə edildiyini bildirib: “Bugünkü görüşümüzdə regional müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı müzakirə etdik. Biz vəziyyətin ciddiliyini bölüşürük. Şübhə etmirəm ki, müdafiə və təhlükəsizlik Danimarkada, Şimali Avropa ölkələrində və digər ölkələrdə yüksək prioritet olacaq və bundan sonra da olmalıdır”.
Xatırladaq ki, Danimarka ABŞ Prezidenti Donald Trampın almaqda israr etdiyi Qrenlandiya üçün 2 milyard dollarlıq təhlükəsizlik paketi də elan edib. Kopenhagen hökuməti həmçinin ölkədə qrenlandiyalılara qarşı irqçilik və ayrı-seçkiliklə mübarizə aparmaq üçün 4,9 milyon dollar dəyərində yeni fəaliyyət planı hazırlayıb. 



Xəbəri paylaş


 
 


Xəbər lenti