Azərbaycanın BMT ilə yeni Çərçivə Sənədinin istiqamətləri açıqlanıb
31-01-2025, 11:43
Azərbaycanla BMT arasında imzalanması planlaşdırılan yeni Çərçivə Sənədi üçün təkliflər irəli sürülüb.Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.
Onun sözlərinə görə, yeni Çərçivə Sənədində aşağıdakı əsas istiqamətlərin əks olunması təklif edilir:
– COP29 çərçivəsində elan edilən iqlim təşəbbüslərinin həyata keçirilməsi,
– İşğaldan azad olunmuş ərazilərin reinteqrasiyası üçün dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi,
– Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 18-ci məqsədinin sənədə daxil edilməsi və mina təhlükəsizliyinin gücləndirilməsi,
– İqtisadi diversifikasiyanın təşviqi, ixracın artırılması və innovasiya təşəbbüslərinin genişləndirilməsi,
– Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi.
S. Bəşirli əlavə edib ki, İqtisadiyyat Nazirliyi bu istiqamətlər üzrə daha detallı təqdimat hazırlayıb.
Xəbəri paylaş



























