SON DƏQİQƏ! Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qarabağdan ÇIXARILIR
19-07-2022, 11:53
“Qarabağda yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri geri qayıdır”. Əyalətmedia.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib. O bildirib ki, Ermənistan ordusunun müharibə ilə əlaqədar Qarabağda yerləşən bölmələri geri qaytarılır.
Onun sözlərinə görə, Qarabağda Ermənistandan çağırışçılar olmayacaq, lakin Qarabağdakı çağırışçıların müdafiə ordusunda xidmətə çağırılması davam edəcək.
O, həmçinin Ermənistanın öz qoşunlarını Qarabağdan çıxarması və bununla da “Arsax”ı müdafiəsiz qoyması ilə bağlı tənqidlərə reaksiya verib.
“Müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri Qarabağdakı müdafiə ordusunun köməyinə gəldi. Atəşkəs əldə edildikdən və Rusiya Federasiyasının sülhməramlı kontingenti Qarabağa yerləşdirildikdən sonra Silahlı Qüvvələrimizin bölmələrinin geri çəkilməsi tamamilə təbiidir”, -deyə Qriqoryan izah edib.
O, sentyabrdan sonra Qarabağda Ermənistandan çağırışçı olmayacağını təsdiqləyib.
“Ermənistandan müqavilə ilə gələn əsgərlər Qarabağın Müdafiə Ordusuna çağırılmır. Lazım gələrsə, Qarabağ müqavilə ilə əsgərlərin cəlb edilməsini yerindəcə təşkil edir”, – deyə Qriqoryan yekunlaşdırıb.
Xəbəri paylaş



























