Xamenei Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəklədi
20-07-2022, 12:56 83 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Tehrana rəsmi səfəri çərçivəsində İranın Ali rəhbəri Əli Xamenei ilə görüşüb.
“Əyalətmedia.az” “İRNA”ya istinadən xəbər verir ki, görüş zamanı Xamenei hazırda Ukraynada davam edən müharibəyə də toxunub.
“Müharibə münaqişələrin həll edilməsi üçün sərt vasitədir və İran heç bir halda sadə insanların üzərinə qoyulan çətinliklərin tərəfdarı deyil. Lakin Ukrayna ilə bağlı vəziyyətə gəldikdə, əgər siz (Rusiya – red.) vəziyyəti öz nəzarətiniz altına almasaydınız, digər tərəf öz təşəbbüsləri ilə müharibənin başlamasına səbəb olardı”, - deyə Xamanei söyləyib.
Onun sözlərinə görə, Qərb qüvvələri güclü və müstəqil Rusiyanın mövcudluğuna qarşıdırlar.
Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Rusiya tərəfi sözügedən bu hərbi müdaxiləni xüsusi hərbi əməliyyat adlandırır. Əməliyyat nəticəsində Rusiya Ukraynanın Xerson, Zaporojye vilayətləri də daxil olmaqla bir neçə bölgələrinə nəzarəti ələ keçirib. Müharibə zamanı çox sayda dinc sakin həlak olub.

Xəbəri paylaş