PUTİNİN YAXIN ƏTRAFI QƏRBLƏ GİZLİ DANIŞIQLARA BAŞLAYIB - Sensasiyalı iddia

 
15-08-2022, 12:30            57 dəfə baxılıb
Adı açıqlanmayan yüksək rütbəli Rusiya rəsmisinin müharibəni dayandırmaq üçün Qərbdən kömək istədiyi ilə bağlı iddialar yayılıb.
"Əyalətmedia.az" xəbər veriri ki, Britaniyanın "The Mirror" nəşri yüksək rütbəli bir Rusiya rəsmisinin müharibəni dayandırmaq üçün Qərb ölkələri ilə gizli əlaqəyə girdiyini  yazıb. Bildirilib ki, Qərb diplomatları və kəşfiyyat rəhbərləri ilə danışıqlar aparan Rusiya rəsmisi müharibəni dayandırmaq üçün kömək istəyib.
İddialara görə, həmin şəxs Qərbin diqqətinə çatdırıb ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı qərarları və Qərbin sərt sanksiyaları rus elitasında böyük narazılığıa səbəb olub
Ukraynalı diplomatik mənbə isə "The Mirror"a bildirib ki, Kremlin yüksək rütbəli məmurunun Putinin icazəsi olmadan Qərb kəşfiyyatı ilə əlaqə qurması təəccüblü deyil: "İkinci Dünya Müharibəsinin sonunda öz gələcəklərindən narahat olan rus məmurları da bu cür davranmışdılar. Ona görə də burada təəcüblü nəsə yoxdur".
Xatırladaq ki, indiyə qədər bir sıra yüksək rütbəli şəxslərin, o cümlədən Putinin xüsusi nümayəndəsi Anatoli Çubaysın Ukrayna müharibəsinə qarşı çıxmadı, sözügedən iddianın əsaslı olması ehtimalını artırır.




Xəbəri paylaş


 
 


Xəbər lenti