Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib
22-05-2025, 12:14
Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib."Report" xəbər verir ki, bu barədə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib.Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub.
A.Paşazadə bildirib ki, bu təyinat QMİ-də daha bir müavinə ehtiyac olduğuna görə həyata keçirilib.
Xəbəri paylaş



























