İcra başçısı şirkət rəhbərinin oğluna yüksək vəzifə verdi
22-05-2025, 12:19
Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni müdir təyin olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Adil Əliyev müvafiq əmr imzalayıb.Əmrə əsasən, qeyd olunan vəzifəyə Astanov Mütəllim Dağbəyi oğlu təyin edilib. O, bu postda bir müddət əvvəl Beyləqan Rayon İcra Hakimiyyətində vəzifəyə gedən Əliyev Eldəniz Əliqulu oğlunu əvəzləyib.
1982-ci il təvəllüdlü Mütəllim Astanov isə əvvəllər Sumqayıt şəhəri, 1 saylı ərazi dairəsi üzə icra nümayəndəsi vəzifəsində çalışıb. O, “Az Motor Doktor” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Dağbəyi Astanovun oğludur.
Xəbəri paylaş



























