https://mediatv.az/hadise/125665-medilandia-hospitalda-usaq-olumune-gore-yoxlama-aparildi-ciddi-pozuntular-askarlandi.html

 
24-05-2025, 21:59           
Yeni doğulan uşağın ölümü ilə bağlı açılan cinayət işi üzrə Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən “Medilandia Hospital”da aparılan araşdırma zamanı ciddi nöqsanlar müəyyən edilib.

Hüquq-mühafizə və aidiyyəti qurumlar tərəfindən aparılan yoxlamalar zamanı bəzi işçilərin əmək müqaviləsi qüvvəyə minmədən müxtəlif işlərə və xidmətlərə cəlb edilməsi faktı aşkar edilib.
Məlum olub ki, klinikada 15 oktyabr 2024-cü ildən 3 fevral 2025-ci il tarixinədək tibb bacısı vəzifəsində çalışan A.S. ilə ümumiyyətlə əmək müqaviləsi bağlanmayıb.

Aşkarlanmış qanun pozuntuları ilə əlaqədar olaraq klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə “Medilandia Hospital” rəhbərliyi sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində cərimələnib.(Qaynarinfo)







Xəbəri paylaş


 
 


Xəbər lenti