Xəzər Universitetində tələbənin bıçaqlanması ilə bağlı yeni TƏFƏRRÜAT
29-05-2025, 14:20
Xəzər Universitetində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib.Musavat.com-un xəbərinə görə, hadisə Xəzər Universitetinin Neftçilərdə yerləşən birinci kampusunda baş verib.
Bıçaq xəsarəti alan tələbə Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı tələbəyə ilkin tibbi yardım göstərilib və vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs – F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Hazırda universitetdəki nəzarət kameralarına baxış keçirilir, hadisənin şahidi olan digər tələbələr dindirilir.
Universitet rəhbərliyi hüquq-mühafizə orqanlarının araşdırma apardığını bildirərək açıqlama vermək istəməyib.
Hadisənin 4-cü kurs tələbələri arasında baş verdiyi məlum olub. Davanın hansı səbəbdən baş verməsi ilə bağlı məlumat yoxdur.
Musavat.com
Xəbəri paylaş



























