Həmkarlar İttifaqında nə baş verir? – Yaxın qohumu Sahib Məmmədovu tərk etdi

 
15-07-2025, 12:25           
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) sədr Sahib Məmmədovla İqtisadiyyat Nazirliyindən gətirdiyi bəzi kadrları arasında gərginlik yaranıb.

Mia.az xəbər verir ki, nəticədə son 15 gündə 4 nəfər ərizəsini yazaraq AHİK-dən istefa verib.

Məlumata gərə, istefa verənlər arasında sədr Sahib Məmmədovun yaxın qohumu, İqtisadiyyat Nazirliyindən AHİK-ə transfer edilərək Daxili Nəzarət Şöbəsinin müdiri təyin edilmiş ehtiyatda olan Sərhəd xidməti polkovniki Babək Orucov da var: “O, AHİK-ə gələndən qısa zaman sonra burada böyük güc sahibinə çevrildi. Lakin son aylar sədrlə aralarındakı fikir ayrılığı dərinləşdi. O və daha 3 nəfər bu səbəbdən istefa verdi. Gözlənilir ki, istefalar artacaq…”

Xəbərə görə, hazırda AHİK sədrinin bəzi müşavirləri, o cümlədən digər qohumları ilə bağlı gərginlik alovlanmaq üzrədir…


Facebook-da paylaş



Xəbəri paylaş


 
 


Xəbər lenti