“Etalon” hospitalında əməliyyatdan sonra məşhur psixoloqun ölüm hadisəsi AÇIQLANDI

 
21-08-2025, 12:03           
“Etalon” hospitalda liposaksiya (bədənşəkilləndirmə) əməliyyatından sonra ölən məşhur psixoloq Nilufər Abdullanın bacısı Fidan Abdulla “Arzunun vaxtı” verilişinə açıqlama verib.
media-eti
Yenixeber.org: O, bacısının ölümündə klinikanın həkimlərini günahlandırıb. Fidan Abdullanın sözlərinə görə, əməliyyatı cərrah Seymur Məmmədov icra edib:
 “Bacımın əməliyyatını Seymur həkim etdi, mən bunun canlı şahidi olmuşam. Bacımı sonuncu dəfə görəndə gözlərini açdı və mənə “çox ağrıyıram” dedi. Burnundan oksigen aparatını, qolundakı təzyiqölçəni və ürək döyüntüsünü göstərən cihazı çıxardılar. Səbəbini soruşanda dedilər ki, yatıb. Halbuki yatsa belə, həmin cihazlar çıxarılmamalı idi. Aparatlar çıxarılandan sonra 35-40 dəqiqə ərzində tibb işçisi otağa daxil oldu və vəziyyəti görüb bütün həkimləri çağırdı. Bacımda nəfəs darlığı yarandı, ürək döyüntüsü sıfırlananda məni otaqdan çıxardılar. Həmin vaxt o, artıq dünyasını dəyişmişdi”.
media-011
O əlavə edib ki, Nilufər Abdullanın üç azyaşlı övladı qalıb:
“Onun yeddi yaşında əkizləri və doqquz yaşında bir övladı var. Uşaqlar hələ də analarının vəfat etdiyini bilmirlər”. 
Ətraflı Baku TV-nin süjetində:
media-seymm
Qeyd edək ki, əməliyyatı plastik cərrahı Seymur Məmmədov icra edib. Məlumat üçün bildirir ki, Seymur Məmmədov daha öncə əməliyyat etdiyi 34 yaşlı  Pərvanə Afiyəddin qızı Mirzəyeva  liposaksiya əməliyyatıdan sonra ölüb.
Video PlayerQeyd edək ki, “Etalon hospital” direktoru Nizami Mehdizadədir




Xəbəri paylaş


 
 


Xəbər lenti